Ağadadaş Ağayevin keçmiş gəlini Quteis Ağayeva dələduzluqda ittiham edilir.
Şou-biznesin nümayəndələri ətrafında qalmaqal səngimək bilmir.
Budəfəki qalmaqal isə Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteis Ağayeva ilə bağlıdı.
Belə ki, saytımıza şikayət edən Rəvan Kazımov adlı şikayətçi Xalq artistinin gəlininin onun pullarını mənimsədiyini iddia edir: “Mən TikTok platformasında vaxtı ikən dəstəkçi olmuşam. Bu xanımı da orda tanımışam. Quteis Ağayeva tiktok platformasında Djuli_dju adıyla tanınır. 10-15 min çivarında hədiyyə atmışam. Həmin xanımla əlaqəmiz yarandı. Məndən 2500 manat məbləğində pul aldı. Amma az-az hər dəfəsində 150-200, 800 manat... belə-belə aldı. “Uşağın məktəbinə lazımdı”, “dayəyə pul verirəm”. “Bəs qaytaracam sənə” və sair və ilaxır” – şikayətçi qeyd edir.
Rəvan Kazımov Quteis Ağayevaya borc kimi göndərdiyi ümumilikdə 2500 manat pulu heç cür geri ala bilmədiyini bildirir: “Üstündən bir il keçir amma xanım pulu vermək istəmir. Polisə də şikayət etmişəm, xanımı çağırıb izahatını aldılar. Lakin, cəmi 800 manatı boynuna aldı amma onu da ödəmədi. Hər dəfə pulu geri istəyəndə gah deyir əməliyyat oluram, gah deyir uşaq əməliyyata girir.
Quteis Ağayeva Ağadadaş Ağayevin keçmiş gəlinidi, 17-ci polis bölməsinin tədqiqatçısı Həmid Ağayevin keçmiş həyat yoldaşı olub, səhv etmirəmsə. Ödənişlə bağlı çek və çıxarışları da saytınıza təqdim edirəm”.
Təəssüf ki, bəzən tanınmış şəxslərin illərlə qazanılan nüfuzu bir an içində hansısa qohumu - övladı, kürəkəni və ya gəlini tərəfindən alçaldılır.
TodayNews olaraq, qarşı tərəfin də cavabını yazmağa hazırıq.
TodayNews.az
Oxunub: 419