Azərbaycanda ən yüksək pensiya Bakı sakinlərinə verilir.
Paytaxtda 381 221 nəfər pensiya alır və onların aldığı pensiyanın orta aylıq məbləği 673 manat təşkil edir.
Azərbaycanda pensiya alanların 34,7 faizi Bakıda qeydiyyatdadır. Paytaxt pensiyaçılarına aylıq ödənişin məbləği respublika üzrə orta aylıq pensiya məbləğindən (491 manat) 182 manat və ya 37 faiz böyükdür.
Bakı nəzərə alınmasa isə Azərbaycanda orta aylıq pensiya məbləği 390 manata yaxındır.
Oxunub: 163