Türkiyədə çevriliş cəhdi: araşdırma gedir - Nə baş verib?



Ankara Baş Prokurorluğu hökumətə qarşı mümkün çevrilişi araşdırır.


Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb. “İstintaq Cinayət Məcəlləsinin “Türkiyə Respublikası hökumətinə qarşı üsyan” maddəsi ilə aparılır.


Bu da dövlətin təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı cinayət törətmək üçün qanunsuz bir təşkilatın yaradılmasından, habelə “sirrin açıqlanması”, “məhkəmə məmuruna, ekspertinə və ya şahidinə təsir göstərmək cəhdi” və digər maddələrdən bəhs edir”, - məlumatda deyilir.


Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib. Buna səbəb Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dövlət çevrilişi cəhdi ilə bağlı etdiyi xəbərdarlıq olub. Prezidentin bu gün günortadan sonra hakim partiyanın parlamentdəki iclasında məsələ ilə bağlı çıxış edəcəyi gözlənilir.


Xatırladaq ki, Türkiyədə Ankara Təhlükəsizlik Müdirliyinin bir neçə əməkdaşının işdən çıxarılması böyük səs-küyə səbəb olub. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham edilib, evlərində axtarış aparılıb.


Oxunub: 117





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.