“Burada klip çəkdirdiyim zamanları xatırlayıram. 20 il ərzində olan dəyişimi inanılmazdır."
Bunu Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Azərbaycanda jurnalistlərə özəl açıqlamasında deyib.
Müğənni bildirib ki, Bakı çox gözəl şəhər olub.
"Azərbaycan xalqı adına da çox xoşbəxt oldum. 20 il ərzində bu şəhərdə tək dəyişməyən nüans insanların üzündə olan təbəssümdür. Struktur dəyişib amma insanların mehribanlığı, səmimiyyəti eyni qalır”.
Müğənni qeyd edib ki, konsert zamanı bir çox süprizlər olacaq.
“Burada film çəkmək istəyirəm. Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsini çox bəyənirəm və onun həyatı ilə bağlı film çəkmək istəyirəm”.
Oxunub: 158