“Qərbin silahların verilməsini gecikdirməsi Dneprin şərqinin Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər”.
Bunupolitoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Xarkovu işğal edərsə və əməli yardımlar gecikirsə, Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiyaya güzəştə gedə bilər:
“Qərb hesab edir ki, Ukrayna xalqı qərb və şərqdən ibarətdir. Rusiya isə təkcə Ukraynanın şərqini deyil, Odessa daxil olmaqla, Qara dəniz sahilini işğal etməyi hədəfləyib. Rəsmi Moskva Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, məsələ ikinci Ukrayna dövlətinin elan edilməsinə qədər gedə bilər”.
Ekspert bildirib ki, yaxın 20 gün ərzində Qərbin ayırdığı silahlar Kiyevə çatdırılmasa, Xarkov işğal olunsa, Vaşinqton başda olmaqla, NATO Ukraynanın iki yerə bölünməsində maraqlı olacaq:
“Rusiya Ukraynanın şərqini tam işğal etməklə dayanmayacaq. Kremlin əsas strateji hədəfi Şərqi Avropa və Baltikyanı ölkələr, NATO-nu 1997-ci il sərhədlərinə geri çəkməkdir. Ukraynanın indiki hakimiyyəti isə Dneprin şərqini güzəştə getməyəcək. Qərb Ukraynanın iki yerə bölünməsi ilə razılaşarsa, Moskva Vaşinqton üzərində həlledici qələbə qazanacaq”.
Oxunub: 168