Azərbaycanda ən çox ünvanlı dövlət sosial yardımı alan şəxslər Cənub regionunun sakinləridir.
2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, ölkəmizdə 276 726 nəfər ünvanlı yardım alıb.
Yardım alanların 45 455 nəfəri, yəni 16,4 faizi Cənub regionunun sakinləridir.
Burada əhalinin təxminən 5 faizi dövlətdən ünvanlı yardım alır. Regionda ən çox Masallı, Lənkəran və Yardımlı rayonlarının əhalisi ünvanlı yardımla təmin ediliblər. Masallıda 10 min nəfərə, Lənkəranda 9,23 min nəfərə, Yardımlıda 8,25 min nəfərə yardım verilir.
Region əhalisinin aldığı yardımın ortaaylıq məbləği isə 115,5 manat təşkil edir.
Yoxsulların sayına görə ikinci sırada dayanan region Bakıdır. Paytaxtda 41 106 nəfər dövlətdən ünvanlı sosial yardım alır. Bakı əhalisinin təxminən 1,7 faizi yoxsul insanlardan ibarətdir.
Ən az yoxsul isə Şəki-Zaqatala regionunda yaşayır. Burada 8 429 nəfər ünvanlı yardım alır. Region əhalisinin 1,3 faizi yoxsulluq həddində yaşayır.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bu yardım yaşayış minimumundan az gəliri olan şəxslərə verilir.
Oxunub: 157