Avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediİib.
Sürücü dövlət nömrə nişanındakı ''L'' hərfni ''D'' edib. Məqsədi isə qayda pozarkən inzibati cərimədən yayınmaq olub.
Məlumata görə, ötən gün belə bir fakt polis tərəfindən aşkar edilib.
Qeyd edək ki, son vaxtlar bu cür hallara tez-tez rast gəlinir.
Dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücüləri ərazilərdə xidmət aparan polis əməkdaşları aşkar edə bilirlər. Xüsusi texniki vasitələr isə belə müdaxiləni müəyyən edə bilmir. Bəs bu cür qayda pozmağın cəriməsi nə qədərdir?
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib ki, avtomobilin dövlət qeydiyyat nişanına müdaxiləyə görə 4 bal və 100 manat cərimə nəzərdə tutulur.
Bir çox hallarda isə bəzi sürücülər dayanma və durma qaydasını pozduqda avtomobilin dövlət nömrə nişanını örtüklə bağlayırlar.
Toğrul Nəsirli bildirib ki, bu da inzibati xətadır.
Qeyd edək ki, avtomobilin dövlət nömrə nişanındakı hər hansı bir hərf və ya rəqəmləri avtoyumada və yaxud da digər səbəblərdən pozularsa, bu hal da standartdan kənar hesab edilir və sürücü 40 manat məbləğində cərimə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxunub: 270