Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR



Apreldə dünya üzrə ərzaq məhsullarının qiymətləri ardıcıl ikinci ay artıb. 


Bu haqda məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb. 


Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun tərtib etdiyi indeks apreldə 118,8-dən 119,1-ə yüksəlib. 


Martda da qlobal ərzaq qiymətləri əvvəlki aya nisbətən artıb. Amma illik müqayisədə apreldə 9,6 faiz azalıb. 


FAO-nun məlumatına əsasən, son 2 ayda qiymətlərin artmasında bitki yağlarının və ətin bahalaşması mühüm rol oynayıb. 


Oxunub: 80





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.