Bütün vətəndaşlara 500 manat dəfn müavinət verilməlidir.
Bu təkliflə deputat Fazil Mustafa parlamentin iclasında çıxış edib.
O qeyd edib ki, istənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır.
"Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir", - deyə o qeyd edib.
Oxunub: 105