Bu şəxslər 12 min manatadək cərimələnəcək


Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək.


Bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.


Dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.


Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.


Oxunub: 149





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.