Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu


Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib.

 

Bu barədə Rusiya Nazirlər Kabinetinin "Telegram" kanalında bildirilib.

 

Qeyd edilib ki, qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır.


Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq.

 

Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq.

 


Oxunub: 100





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.