Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər


Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya prosesi ermənilərin etirazına görə ləngiyir.


Erməni revanşistlər sərhədin bu hissəsində əhalini təşkilatlandıraraq, ərazinin minalardan təmizlənməsinə və kartoqrafların işləməsinə mane olur.


Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Tavuşun Kirants kəndinin əhalisi ilə görüşdə etirazın dayandırılması, yolların açılması üçün iki gün vaxt vermişdi. Əks təqdirdə bunu güc yolu ilə etmək məcburiyyətində qalacaqlarını bildirib.


Paşinyanın verdiyi vaxt bu gün bitir. Erməni revanşistlər isə yolları açmaqdan imtina edirlər. Ermənistan mediası Qazaxın qaytarılan 4 kəndi ilə Tavuşun kəndləri arasında demarkasiya ediləcək sərhədə bu gün səhər saatlarında hərbi polis rəisi və ordu qüvvələrinin göndərildiyini yazır. Görünür, Ermənistan hökuməti revanşistləri dağıtmaq üçün güc tətbiq edəcək.


Oxunub: 84





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.