İtaliya hökuməti Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışladığını bildirib.
Qobustanxeber.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, İtaliya hökuməti İsveçin NATO-ya daxil olması üçün protokolun Türkiyə parlamenti tərəfindən təsdiq edilməsini alqışlayır.
“Bu, doğru istiqamətdə atılmış bir addımdır və kollektiv təhlükəsizliyin güclənməsinə səbəb olacaq”, - deyə məlumatda vurğulanır.
Oxunub: 46