Çində yaşayış binasında baş verən yanğında azı 25 nəfər öldü

Çinin şərqindəki Ciansi vilayətində yaşayış binasında baş verən yanğında ən azı 25 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Qobustanxeber.az vilayətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, yanğın Sinyu şəhərində yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı mağazada başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedcicilər, polislər cəlb olunub.

Son məlumata görə, yanğın nəticəsində 25 nəfər ölüb, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hazırda hadisə yerində axtarış işləri aparılır.


Oxunub: 39





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.