Kompüter oyunları insanlarda eşitmə problemi riskini yüksəldir

Aparılan beynəlxalq araşdırma uzun müddət kompüter oyunları oynayan insanlarda eşitmə problemi və tinnitus riskinin daha yüksək olduğunu təsdiqləyib.

Qobustanxeber.az "BMJ Public Health" jurnalına istinadla bildirir ki, ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə gənclər və uşaqlar arasından 54 min nəfəri əhatə edən 14 tədqiqatı təhlil ediblər. Tapdıqları nəticələr əsasında kompüter oyunları və eşitmə problemi arasında ciddi əlaqələrin olduğu müəyyənləşib.

Araşdırmanın tədqiqatçısı Loren Dillardın sözlərinə görə, uzun müddət kompüter oyunları insanlarda sadəcə eşitmə deyil, digər bir sıra xəstəliklərin yaranması üçün şərait yaradır. Güclü səsə məruz qalmaq qulaqdakı hüceyrələri yorur və bu eşitməyə mənfi təsir edir. Xüsusilə, qulağında yanaşı xəstəliklər olan insanlarda ağırlaşmış xəstəliklər yarada bilər. Mütəxəssis qeyd edib ki, daimi və ya uzun müddətli səs-küyə məruz qalmaq da daimi eşitmə probleminə səbəb olur.


Oxunub: 48





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.