TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.
Məlumata görə, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb. İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.
Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.
Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
Oxunub: 135