Göz sağlamlığımızı qorumağın 10 yolu

Bir çox insan xəstəlik özünü göstərməyə başlayanda həkimə müraciət edir. Ancaq bu, doğru hal deyil. Orqanlarımız arasında ən vacibi olan gözlərimiz xüsusi qulluq tələb edir. Bu baxımdan gözümüzdə heç bir problem hiss etməsək belə, ildə bir dəfə göz müayinəsindən keçməliyik. Çünki hələ də özünü büruzə verməyən hər hansı bir göz xəstəliyi başlamış ola bilər.

Qobustanxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri oftalmologiya mütəxəssisi, professor İhsan Yılmaz söyləyib. O, göz sağlamlığını qorumaq üçün ən mühüm 10 səbəbi açıqlayıb.

Siqaret çəkmək göz xəstəliklərinin daha tez-tez meydana gəlməsinə səbəb olur. Bundan əlavə, bəzi göz xəstəliklərində bu özünü göstərir və daha ağır nəticələr verir. Tətbiq edilən müalicələr keyfiyyətsiz olur və xəstəlik tez-tez təkrarlanır.

Sağlam qidalanma hazırkı şəraitdə çətinləşib. Çünki bir çox insan gərgin iş qrafiki səbəbindən sağlam qidalanmağa vaxt ayırmaq istəmir. Qeyri-sağlam qidalanmaya hərəkətsizlik və stres kimi faktorlar da əlavə olunduqda diabet və hipertoniya kimi xəstəliklər yaranmağa başlayır. Təəssüf ki, bu xəstəliklər kənar göz qapaqlarından gözün arxasındakı torlu qişa təbəqəsinə qədər bütün göz strukturlarına mənfi təsir göstərir.

Hər il mütəmadi olaraq göz müayinəsindən keçmək. Müntəzəm müayinələr bizə xəstəlikləri ilkin mərhələdə aşkar etməyə imkan verir və erkən müalicə şansı yaranır. Beləliklə, xəstəlik irəliləməmiş və gözü zədələməmiş müalicə effektiv təsirini göstərə bilir.

Məşq etmək. Tədqiqatlar göstərir ki, müntəzəm məşq göz sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Müntəzəm idmanın gözdaxili təzyiqi aşağı saldığı və gözün qan axınına müsbət təsir etdiyi sübut olunub.

Şüadan istifadə müddətini azaltmaq. İnsanlar hazırkı vaxtda həm iş mühitində, həm də sosial həyatda həddindən artıq çox şüaya məruz qalır. Mobil telefonların və smart planşetlərin geniş istifadəsi, iş yerində uzun müddət kompüterə məruz qalma, evdə böyük ekranlı televizorlardan istifadə göz sağlamlığına mənfi təsir göstərir. Bu, göz quruluğu, göz yorğunluğu, göz-baş-boyun ağrısı, gözün qızartı-həssaslığı və hətta yuxu problemlərinə səbəb ola bilər. Bunun həlli yolu kimi bəzi xüsusi eynəklər və tibbi müalicələr tətbiq olunmalıdır.

Gözləri günəşdən qorumaq. Günəşin bir çox faydalarına baxmayaraq, həddindən artıq onun şüalarına məruz qalma nəticəsində gözlər zədələnə bilər. Bunun nəticəsində, həmçinin gözün buynuz qişa dediyimiz şəffaf təbəqəsində yanıqlar yarana bilər. Bundan başqa, gözün membranı (konjonktiva) təsirlənə, quru göz ağırlaşa, gözün sinir təbəqəsi (torlu qişa) təsirlənə bilər. Xüsusilə də yay aylarında düzgün gün eynəyi və papaqların istifadəsi çox vacib və əhəmiyyətlidir.

Oftalmoloqa müraciət etmədən göz damcılarından təsadüfi istifadə olunmamalıdır. Hər hansı bir göz problemi olduqda, eşitdiyimiz və ya daha əvvəl istifadə etdiyimiz göz damcılarının tətbiqini dayandırmaq lazımdır. Bundan başqa, oftalmoloq tərəfindən müayinə olunmadan həmin damcıları təsadüfi istifadə etmək gözləri ciddi şəkildə zədələyə bilər.

Quru gözlərə diqqət etmək. Sağlam bir göz üçün aydın görmə və kifayət miqdarda və keyfiyyətdə göz yaşı lazımdır. Gözyaşı təbəqəsi gözün ən kənar hissəsini əhatə edir və aydın görməni təmin edir. Ekrandan istifadə, kifayət qədər A vitamini qəbulu və günəş eynəklərindən istifadə ilə bağlı ehtiyat tədbirlərinə əməl etməklə müəyyən dərəcədə quru gözlərdən qorunmaq mümkündür. Quru göz inkişaf etdikdə damcı, məlhəm, bəzi xüsusi cihazlarla göz masajı və ya lazer tətbiqləri müalicədə tez-tez istifadə olunan variantlardan bəziləri sayıla bilər.

Müəyyən olunmuş eynəklərdən istifadə etmək. Xüsusilə astiqmatizm kimi görmə qabiliyyətinə ciddi şəkildə təsir edən göz xəstəliklərinin olması halında həkimin təyin etdiyi eynəklərdən istifadə olunmalıdır. Əks təqdirdə, göz, göz ətrafı və hətta baş və boyun ağrıları da inkişaf edə bilər. Həmçinin nəticədə miqren daha tez-tez baş verər.

Linzaların istifadəsində qaydalara əməl etmək. Linzalardan istifadə edərkən təmizlik qaydalarına riayət olunmalı, linzaların müddəti bitdikdə isə yenisi ilə əvəz edilməlidir. Mütəmadi olaraq göz müayinəsindən keçmək vacibdir. Linzalar hovuzda, dənizdə və ya duşda su ilə təmasda olacağı təqdirdə, heç vaxt istifadə edilməməlidir. Bundan başqa, linzalarla yatmaq da olmaz.


Oxunub: 77





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.