Nəsib Quliyev intihar etdi


Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev intihar edib.


“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb.


Bildirilib ki, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib.

Məktub istintaq orqanı tərəfindən götürülüb.


N.Quliyevin meyiti morqa təhvil verilib. İlkin müayinənin nəticəsi hələ ki açıqlanmayıb.


Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.


Oxunub: 157





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.