Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."


“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”. 

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruz deyib.


 “Əfsuslar olsun ki, dünya ölkələri özlərini demokrat adlandırsalar da, Azərbaycanın haqq işi ilə bağlı nəinki dəstək göstərirlər, əksinə əlehinə çıxış edirlər. Xocalı soyqırımını törədənlərə, Gəncəni, Bərdəni bombalayanlara qarşı hələ də sanksiya tətbiq olunmayıb. Halbuki, erməni keçmiş nazir Xocalı soyqırımını törətdiyinə görə fəxr edir, Balayan uşaqları turbalara necə doldurub yandırdığını öz kitabında yazır, bunu etiraf edir.  Azərbaycanda bir tiktoker var, adı Əli Kərimlidir. Qoyur kompüteri qabağında danışır. Təbii ki, kompüter ona cavab verə bilməz. Əgər nəsə demək istəyirsə, gəlsin, hansısa internet saytlarından birində danışaq. Ona başa salaq ki, dünya nədən ibarətdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara doğru olmayan məlumatlar vermək olmaz“, - millət vəkili qeyd edib.


Oxunub: 109





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.