May ayında 3 və 4 gün olmaqla, 2 dəfə tətil...


May ayı ərzində iki dəfə - 3 və 4 gün olmaqla ardıcıl qeyri-iş günləri olacağı gözlənilir.

 

9 May Qələbə Günü 4-cü günə təsadüf edir, 11 və 12 may isə istirahət günləridir. O cümlədən bu il 28 May Müstəqillik Günü 2-ci günə düşür, 25 və 26 may tarixləri isə şənbə-bazardır.


Qanunvericiliyə uyğun olaraq, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 10 may tarixini özündən əvvəlki həftənin istirahət günlərindən biri ilə əvəzləyərək, 4 gün ardıcıl qeyri-iş günü elan edəcəyi gözlənilir. Eyni zamanda, 25 may şənbə günü ilə 27 may iş gününün yerinin dəyişdiriləcəyi və 26-28 may tarixlərinin ardıcıl qeyri-iş günü olacağı mümkündür.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı hələ elan edilməyib.


Oxunub: 129





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.