"Oğlum, qol vur, atan sevinsin" pankartını açdı, “Neftçi”ni məyus etdi - FOTOLAR

Ötən gün Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.


İkinci görüşdə "Neftçi" "Zirə"nin qonağı olub. 


TodayNews.az xəbər verir ki, oyunda “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun azarkeşlər sırasında əyləşən atası Etibar Bayramov maraqlı plakatı ilə diqqət çəkib.


Belə ki, onun atası "Oğlum, Fuad, qol vur, atan sevinsin", yazılı pankart açıb.


Atasının bu "xahişini" yerinə yetirən Fuad rəqib komandanın qapısından bir qol keçirib.


Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Fuad Bayramovun vurduğu qola qədər hesab 1:1 olub. Meydanda 10 nəfərlə qalmasına baxmayaraq, Fuadın vurduğu qolla "Zirə" 2:1 önə keçib və komanda daha bir qol vuraraq 3:1 hesablı qələbə qazanıb.


Xatırladaq ki, “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramov Qobustan rayonundandı.


 




Oxunub: 194





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.