Jurnalist Beyrək Hüseynov daha bir mükafata layiq görüldü

 

Aprel ayının 18-də paytaxtın “Teleqüllə” restoranında “Brand of Azerbaijan” mükafatlandırma layihəsinin qala gecəsi keçirilib. Gecədə “Brand of Azerbaijan” mükafatının təqdimetmə mərasimi baş tutub.


Öz fəaliyyət sahəsi üzrə seçilən şəxslərin mükafatlandırılması tədbirində ölkənin bir çox nüfuzlu şəxsləri, ilin ən yaxşıları – iş adamları, millət vəkilləri, jurnalist, sənət adamları və digər peşə sahəsində seçilənlər “Brand of Azerbaijan” mükafatına layiq görülüb.


TodayNews.az və QobustanXeber.az xəbər portallarının rəhbəri, jurnalist, baş redaktor Beyrək Hüseynov jurnalist fəaliyyətinə görə yenidən bu milli mükafata layiq görülüb.


Qeyd edək ki, “Vision Media Group” MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Brand of Azerbaijan” layihəsi artıq illərdi ki, əhəmiyyətli işləri ilə seçilən seçilmiş şəxsləri bir araya gətirərək onları mükafatlandırır.


 


Oxunub: 218





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.