Qurbanovdan “Beşiktaş” AÇIQLAMASI


“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.


“Qol.az” xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qəbələ"yə qarşı keçirilən matçdan (2:2) sonra bununla bağlı deyib:  

"Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir". 


Qeyd edək ki, "Beşiktaş"ın  Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında Q.Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.


Oxunub: 133





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.