7 bal gücündə zəlzələ baş verdi

Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Qobustanxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocağı 9 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Çinin Aksu qraflığından 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.


Oxunub: 48





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.