Xərçəngə səbəb olan pəhrizlə bağlı XƏBƏRDARLIQ


“Tərəvəzi az, lakin yağlı və duzlu qidalarla zəngin olan pəhriz xərçəng riskini artırır”


Bunu onkoloq Yevgeni Çeryomuşkin deyib.


Mütəxəssis diqqətə çatdırıb ki, tərkibində müxtəlif göyərti, tərəvəz və meyvələrdən ibarət balanslaşdırılmış pəhriz ümumi sağlamlığı yaxşılaşdırır və xərçəngə tutulma riskini azaldır. Pəhrizdə hisə verilmiş ətlərin, yağlı və duzlu qidaların çox olması isə əksinə, xəstələnmə riskini artırır.


“Belə məhsullardan sui-istifadə dolayısı ilə xroniki xəstəliklərlə bağlı problemlərə təsir edir, bu da öz növbəsində xərçəngə səbəb ola bilər”, – həkim deyib.


Bundan əlavə, Çeryomuşkin konservantlarla məhsulların istehlakını məhdudlaşdırmağı tövsiyə edib, çünki tərkibindəki kimyəvi maddələr də xərçəngə səbəb ola bilər. Həkim spirtli içkilər və tütün məmulatlarını xərçəng üçün güclü faktorlar adlandırıb.


Oxunub: 107





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.