Paşinyan: “Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq”


“Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq”.


Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.


“Əgər biz bu addımları atmasaq (delimitasiya və demarkasiya - red.), mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - deyə o qeyd edib.


Oxunub: 86





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.