Aİ-nin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmağa razılaşdılar

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq barədə razılığa gəliblər.

Qobustanxeber.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Qırmızı dənizdə Avropa missiyasının yaradılması ilə bağlı razılığa gəldik və belə bir missiyanın müxtəlif imkanlarını müzakirə etdik”, - deyə o bildirib.


Oxunub: 43





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.