Azərbaycan Basketbol Liqası: “Sabah” vahid lider oldu

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.

Qobustanxeber.az xəbər verir ki, turun son matçında "NTD-İndiqo" Xaçmazda "Sabah"ı qəbul edib.

Görüş paytaxt klubunun 83:79 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında "Sərhədçi" "Şəki"ni 112:82, "Neftçi" "Cəlilabad"ı 72:63, "Xəzri" "Gəncə"ni 96:89, "Xırdalan" "Sumqayıt"ı 100:90 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla "Sabah" başçılıq edir. "NTD-İndiqo" 20 xalla 2-ci, eyni xala malik "Xəzri" 3-cüdür. 18 xalı olan "Neftçi" isə dördüncü pillədə qərarlaşıb.


Oxunub: 41





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.