Suxumidəki qalereyada baş verən yanğında 4 minə yaxın qiymətli rəsm əsəri yandı

Gürcüstanın Abxaziya bölgəsində, Suxumidəki Milli Rəsm Qalereyasında yanğın baş verib. Nəticədə 4 minə qədər rəsm yanıb.

Qobustanxeber.az xəbər verir ki, bu barədə Abxaziya Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yanğın qalereyanın mərkəzi sərgi salonunda baş verib.

Yanan rəsmlər arasında ilk peşəkar abxaz rəssamı və məşhur quruluşçu rəssamı Aleksandr Çaçba-Şervaşidzenin 300-ə qədər əsəri var.

“Qondarma Abxaziya Respublikası”nın mədəniyyət nazirinin vəzifələrini icra edən Dinara Smir jurnalistlərə açıqlamasında deyib: “Ötən əsrin 60-cı illərinin əvvəllərində Suxumidə Abxaziya Dövlət Muzeyinin filialının bazasında Milli Rəsm Qalereyası açılmışdı və bu, ən böyük qalereya idi. Qalereyada 4 min nüsxədən çox sənət əsəri saxlanılırdı. Hər şeyin yandığını deyə bilərik”.

Suxumi hakimiyyəti qalereyada baş verən yanğını abxaz mədəniyyəti üçün “bərpaolunmaz itki” adlandırıb.

İlkin versiyaya görə, yanğına elektrik xəttindəki qısaqapanma səbəb olub.


Oxunub: 64





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.