Hər kəs şəhidləri qürur hissi ilə andı


 Bu gün hər kəs 20 yanvvar günü şəhidlərimizi ziyarət etdi. Bu dəfə faciəsinin simvolu olan qərənfili şəhidlərimizin üzərinə daha qürur hissi ilə qoyduq. Çünki, biz düşməndən şəhidlərimizin intiqamını almışiq. Təbii ki, bunu biz 44 günlük müharibədə canlarını qurban vermiş şəhidlərimizə borcluyuq. Allah o şəhidlərimizə də rəhmət etsin. Biz onların sayəsində bu torpağa ayaq basırıq. Və həm də buna görə ən böyük təşəkkür cənab prezidentimizə düşür. Çünkü onun bir sözü ilə ordumuz düşmənə qalib gəldi. Daha fərqli prezident olduğunu, xalqını sevib qoruduğunu sübut etdi. Mən də öz növbəmdə düşünürəm ki, biz də öz borcumuzun müəyyən hissəsini 7 fevralda səs verərək ödəyə bilərik. Mən fəxr edirəm ki, belə güclü oğlanlarımızın bacısıyam. Mən fəxr edirəm ki, vətənimiz belə oğullar yetişdirib və diqqət etsək görərik ki, ziyarətçilərimizin arasında balaca məktəbli uşaqlarda qürur hissi ilə şəhidlərimizi anirdılar. Bu da onu göstərir ki, bizim güclü ordumuz davam edir.p Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir versin. Amin


Oxunub: 52





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.