Ən kasıb bələdiyyələrdən biri - Qobustan bələdiyyəsi


Azərbaycanda bələdiyyələr gəlirinə görə bir-birindən kəskin şəkildə fərqlənirlər. Elə bələdiyyələr var ki, onlar il ərzində bir neçə yüz min manat gəlirə sahib olduğu halda, bəzi bələdiyyələrin gəliri ən yaxşı halda 5-10 min manat olur.


 
Gəliri az olan bələdiyyələrə Azərbaycanın bütün regionlarında rast gəlmək mümkündür. Belə bələdiyyələr həm paytaxta yaxın, həm də paytaxtdan uzaqda yerləşən əyalətlərdə mövcuddur. 

 

Bakıya yaxın əyalətlərdən Qobustan rayonunda bir bələdiyyənin ortaillik gəliri 5-6 min manat olub. 


Aşağı büdcəyə sahib olan bələdiyyələrə Lerik, Yardımlı, Daşkəsən, Füzuli rayonlarında da rast gəlinir. Lerik və Yardımlıda fəaliyyət göstətən bələdiyyələr daha acınacaqlı vəziyyətdədir. Lerikdə bir bələdiyyə il ərzində orta hesabla 2 137 manat gəlir əldə edib. Yardımlıda da eyni vəziyyətdir. Yardımlı bələdiyyələrinin illik orta gəliri 3 230 manat olub. 

 

Daşkəsəndə bir bələdiyyənin gəliri orta hesabla 5 630 manat, Füzulidə isə 6 258 manat təşkil edib. 


Oxunub: 147





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.