Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb


2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb.

 

2022-ci illə müqayisədə 21,9 % azdır.

 

Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb.


Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır.

 

İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 82 %-dən 63,3 %-ə düşüb.


Oxunub: 92





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.