"Liverpul" 14 ay sonra doğma meydanda məğlub oldu


UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"nı qəbul edən İngiltərənin “Liverpul” klubu 14 ay sonra "Enfild" stadionunda məğlub olub.

 

“Doğma divarlar” arasında 0:3 hesabı ilə uduzan "mersisaydlılar"ın 1 il 2 aylıq məğlubiyyətisizlik seriyasına son qoyulub.


İngiltərə təmsilçisi buna qədər ardıcıl 34 oyunda məğlub olmamışdı.

 

Qeyd edək ki, Yurgen Kloppun yetirmələri sonuncu dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərəhləsində “Real”a uduzmuşdu.


Oxunub: 103





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.