Bu məhsul bahalaşacaq


Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir.


Buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir.



Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var.


"İtkilər balın qiymətinə təsir edəcək. Arıçılar dərman preparatlarına pul çatdıra bilmədikləri üçün qiymətlərdə artım olacaq. Keçən il balın qiyməti 20-25 manat idisə, bu il 30-35-40 manat arasında olacaq", - Astara Arıçılıq Assosiasiyasının sədri Sərxan Nəzərov deyib.


Oxunub: 181





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.