Bayraqdarlar milyarder oldular


Türkiyənin “Baykar Defence” şirkətinin sahibləri - Səlcuq və Haluk Bayraqdar ilk dəfə “Forbes”in milyarderlər siyahısına daxil edilib. 


 “Baykar Defense”nin texniki direktoru və ortaq sahibi Səlcuq Bayraktar 1,2 milyard dollar sərvətlə 2410-cu yeri tutub. 


Onun qardaşı “Baykar Defence”nin baş direktoru Haluk Bayraqdar isə reytinq cədvəlində 2545-ci yerdədir. Onun sərvəti 1,1 milyard dollar olaraq qiymətləndirilir. 


Qeyd edək ki, Səlcuq Bayraqdar həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. 


Oxunub: 146





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.