Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibindən su çıxır - İDDİA + VİDEO


Bakıda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı iddia olunur.

Məlumata görə, bunu avtomobillərdə yanacaq sistemlərinin təmiri ilə məşğul olan Pərviz İsmayılov deyir.


Bildirib ki, təmirə götürdüyü avtomobilin çənindəki yanacağın tərkibində əlavə qatqını gördükdən sonra bunun su olduğunu anlayıb. 


Yanacağın tərkibində su olması sürücüləri xeyli ziyana salıb.


Pərviz usta deyib ki, təmirə gətirilən avtomobillər arasında bu problemdən zərər görənlər az deyil. Sürücülərin avtomobildən şikayətləri fərqli olsa da, problemin əsas səbəbi yanacağın tərkibindəki su olub.


Ustanın sözlərinə görə, yanacaq çəninin dibinə toplanan su avtomobilin yanacaq sistemini iki-üç gün ərzində sıradan çıxarır.


P.İsmayılov qeyd edib ki, yanacaq çəninin dibində toplanan mayeni yanacaq qatqıları ilə səhv salanlar da olur. Lakin sözügedən qatqılar yanacağın tərkibinə qarışdığı üçün çəndə su kimi toplanmır. 


Ətraflı süjetdə:



Oxunub: 96





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.