Ən xeyirli bitkinin inanılmaz mənfi təsirləri


Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər.


Sarımsağın bilmədiyiniz beş zərərini təqdim edirik.


Qaraciyəri zəhərləyər


Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır. Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.


Diareyası olanlara olmaz


Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiniz.


Ürəkbulanma və mədə yanması verir


Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə ürəkbulanma, mədə yanması, hətta qusma ola bilər.


Nəfəsi korlayır


Bu da sarımsaqda olan kükürd maddəsinə görədir.


Qanaxmanı artıra bilər


Sarımsaq təbii qan durulaşdırıcıdır, ona görə laxtalanma problemi olan, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar çiy sarımsaqdan uzaq dursa yaxşıdır.


Oxunub: 96





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.