Qobustanda keçmiş məhkumlar narkotiklə saxlanıldılar - FOTO



Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan QobustanXeber-ə verilən məlumata görə, K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb.


Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.


 


Oxunub: 251





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.