ABŞ-da soyuq hava son bir həftə ərzində 50 nəfərin ölümünə səbəb oldu

ABŞ-da son bir həftə ərzində soyuq hava səbəbindən azı 47 nəfər ölüb.

Qobustanxeber.az xəbər verir ki, bu barədə NBC rəsmilərə istinadən məlumat yayıb.

Ən çox ölüm (16 nəfər) Tennessi ştatında qeydə alınıb.

Yanvarın 12-dən ABŞ-ın çox hissəsində soyuq hava, güclü külək və qar müşahidə olunur. “Associated Press” agentliyinin yanvarın 17-də verdiyi məlumata görə, ABŞ-ın mərkəzi bölgələrinin bir çox yerlərində temperatur mənfi 34,4 dərəcəyə düşüb. Bundan əvvəl agentlik bir neçə nəfərin ölümü ilə bağlı da məlumat vermişdi.


Oxunub: 46





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.