Bloomberg: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir

Avropa İttifaqında Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı müzakirələr başlayıb.

Qobustanxeber.az xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, yeni sanksiya paketinin Rusiyanın Ukraynaya hərbi təcavüzünün ikinci ildönümünə qədər - fevralın 24-dək təsdiqlənəcəyi gözlənilir.

Müzakirə olunan yeni məhdudiyyətlərə ticarət sahəsində əlavə qadağalar və indiyədək tətbiq edilən sanksiyalardan yayınma halları ilə mübarizə tədbirləri daxildir. Həmçinin sanksiya siyahısına bir sıra fiziki və hüquqi şəxslərin əlavə edilməsi planlaşdırılır.

Eyni zamanda, Ukrayna ordusuna dəstək üçün Avropa İttifaqında yeni fondun yaradılması planlarına dair danışıqlar da davam edir.


Oxunub: 58





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.