Koronavirus peyvəndləri infarkta səbəb olur? - ARAŞDIRMA


Koronavirus peyvəndlərinin infarkt və laxtalanmaya səbəb olduğu iddiası ilə bağlı araşdırma aparılıb.


Araşdırmada 20 milyon insan iştirak edib. İngiltərə, İspaniya və Estoniyadan olan iştirakçıların sağlamlıq məlumatları 365 gün ərzində izlənilib və "Heart Journal"da dərc edilib. Araşdırma virusa yoluxmuş insanlarda laxtalanma riskinin azaldığını ortaya qoyub.


Türkiyəli kardiologiya mütəxəssisi professor Muhammed Bora Demirçelik də bu barədə açıqlama verib: 


"Ürəklə bağlı fəsadların, yəni hər hansı bir laxtanın ifrazı, ürək çatışmazlığı və ya ürək əzələsinin iltihabının COVID-19-a qarşı peyvəndlə əlaqəsi yoxdur".


Oxunub: 101





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.