Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları


Sabah Ramazan ayının on doqquzuncu günüdür. 


Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 29-da imsak vaxtı saat 05:02-də, iftar vaxtı isə 19:17-dədir. 



Martın 29-u üçün namaz vaxtları: 


Sübh azanı 05:07
Zöhr azanı 12:45
Əsr azanı 17:12
Məğrib azanı 19:17
İşa azanı 20:19


On doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 


“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!” 


Tərcüməsi: 


“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!” 


İftar duası: 


“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 


Tərcüməsi: 


“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 


Allah orucunuzu qəbul eləsin!


Oxunub: 125





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.