Gözəgəlimli uşaq qidaları - Amma uşaqlar üçün böyük təhlükədir


Qidaları daha iştahaaçan və göz oxşayan etmək üçün istifadə edilən rəngləndiricilərin sağlamlığa təsiri uzun müddətdir müzakirə olunan mövzudur. Qanun çərçivəsində istifadə olunmayan məhsullar sağlamlığa ziyan vurur. Bu vəziyyətdən ən çox təsirlənənlər uşaqlardır.


Rəfləri bəzəyən rəngarəng yeməklər hər yaşdan insanı özünə cəlb edir. Məhsulları bu qədər cəlbedici edən "qida boyası" kimi tanınan rəngləndiricilərdir.


Bu rəngləndiricilərin bir çoxu qanuni tənzimləmələr çərçivəsində qidalara daxildir. Əsl problem qidalarda göstərilən standartlara uyğun olmayan rəngləndiricilərdir.


Aparılan elmi araşdırmalar xüsusilə, sintetik rəngləndiricilər həddindən artıq həssaslıq, astma, dəri səpgiləri, miqren, vaxtından əvvəl doğuş, xromosom zədələnməsi, qalxanabənzər vəzin şişi və xərçəng kimi sağlamlıq problemlərinə səbəb olur. Qidalarda istifadə edilən bəzi sintetik rəngləndiricilərin uşaqlarda davranış pozğunluqlarına səbəb olduğu bildirilir.


Oxunub: 83





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.