Yazda vitamin çatışmazlığını aradan qaldırmaq üçün nələri yemək lazımdır? - Mütəxəssis AÇIQLADI - SİYAHI


"Yazda A, D, B1, E, B12, B6, B2, K vitaminlərinin çatışmazlığı müşahidə olunur. Onların hamısı sinir və immun sisteminin işləməsi üçün lazımdır". 


Bu fikirləri terapiya və ümumi tibbi praktika üzrə baş müstəqil mütəxəssis Oksana Drapkina bildirib.


Mütəxəssis qeyd edib ki, çatışmazlıqların qarşısını almaq üçün düzgün və müxtəlif cür qidaları qəbul etmək lazımdır. Menyuda çoxlu sayda meyvə və tərəvəz, süd məhsulları, yumurta, ət və balıq  olmalıdır.

 

Həkim izah edib ki, B qrup vitaminlərini kartof, yerkökü, taxıl məhsulları, qaraciyər və balıqdan almaq olar.

 

A vitamini balıq qaraciyərində və balıq yağında, heyvan və quş ciyərində, yumurtada, yağda, kökdə, qırmızı bibərdə, balqabaqda, pomidorda, ərikdə, şaftalıda, armudda, qırmızı və narıncı tərəvəz və meyvələrdə olur.

 

Balıq yağı və kəpəkli çörək məhsulları yemək isə D vitamini çatışmazlığını kompensasiya etməyə kömək edə bilir. D vitamini günəş işığının təsiri altında insan dərisi tərəfindən də istehsal olunur.

 

E vitamini çatışmazlığını kompensasiya etmək üçün menyuya cəfəri, buğda, kələm, bitki yağları əlavə etmək lazımdır.

 

K vitamini çatışmazlığı varsa, yarpaqlı tərəvəzlər, yulaf və itburnu yemək lazımdır.

 

Drapkina omeqa-3 yağ turşularını əldə etmək üçün yaz aylarında pəhrizdə qoz, dəniz yosunu və qırmızı balığın miqdarını artırmağı məsləhət görüb.


Oxunub: 86





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.