Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh etdi

 Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib.

Qobustanxeber.az xəbər verir ki, Putin bələdiyyə rəhbərləri ilə görüşdə 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin razılığa gəldiyini, bu razılıq əsasında Rusiyanın qoşunlarını Kiyev ətrafından geri çəkdiyini bildirib. O deyib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hətta razılaşmanı imzalamışdı.

Putin qeyd edib ki, indi David Araxamiya Rusiyanın Ukraynanın NATO-ya üzvlükdən imtinası müqabilində döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu, lakin Britaniyanın ovaxtkı baş naziri Boris Consonun təkidi ilə İstanbul razılaşmasından imtina edildiyini deyir.


Oxunub: 61





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.