İki ölkə Rusiyaya görə matəm elan etdi


Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq Nikaraqua və Serb Respublikası (Bosniya və Herseqovinanın subyekti – red.) martın 24-ü matəm günü elan edib.

 

Serb Respublikasının Prezidenti Milorad Dodik Rusiya ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan edildiyini bildirib.

 

Nikaraquada müvafiq qərarı ölkə Prezidenti Daniel Orteqa imzalayıb.

 

Qeyd edək ki, Moskvada yerləşən “Krokus Siti Holl”da 22 martda baş verən terror hadisəsi nəticəsində 133 nəfər (qeyri-rəsmi mənbələrə görə 150 nəfər) ölüb, 140 nəfər yaralanıb.


Oxunub: 93





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.