Rusiyadakı dəhşətli terroru İŞİD törədib?


İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.


İddiaya görə, bu barədə terror qruplaşması özü məlumat yayıb.


Bununla belə, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil:


“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz, nüfuzsuz bir strukturdur ki, rəsmi bəyanatları olsa da, ciddiyə alınmamalıdır”.


Oxunub: 78





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.