NATO-nun təlimlərində 20 minədək britaniyalı hərbçi iştirak edəcək

Böyük Britaniyanın 20 mindən çox hərbçisi NATO-nun 2024-cü ilin birinci yarısında keçirəcəyi “Steadfast Defender 24” təlimində iştirak edəcək.

Qobustanxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Böyük Britaniya NATO təlimlərində iştirak etmək üçün təxminən 20 min hərbçi göndərəcək ki, bu da “soyuq müharibə” dövründən sonra ən böyük təlimlərdən biri olacaq. Rusiyanın təhdidinə qarşı keçiriləcək təlimlərə 30-dan çox NATO ölkəsi və İsveç iştirak edəcək”, - deyə bəyanatda bildirilir.

Manevrlərə fevral-iyun aylarında Şərqi Avropada yerləşdiriləcək Böyük Britaniya ordusunun quru qoşunlarının 16 min hərbçisi qatılacaq. Bundan başqa, freqatlar və esmineslər tərəfindən dəstəklənən “Queen Elizabeth” təyyarədaşıyan gəmisindən ibarət zərbə qrupu Şimali Atlantik okeanı, Norveç və Baltik dənizlərində yerləşdiriləcək. Təlimlərdə, həmçinin beşinci nəsil “F35B Lightning” qırıcıları və “Poseidon P8” çoxməqsədli döyüş təyyarələri də daxil olmaqla, Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin iştirakı gözlənilir.


Oxunub: 70





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.