Əhali ət yeməyi azaldıb - Bu qidaya üstünlük verir


Bu ilin ilk aylarında Azərbaycanda yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.


Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadla xəbər verir ki, 2024-cü ilin ilk aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.


2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.


Oxunub: 106





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.