MSK-nın “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başladı

 Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Qobustanxeber.az xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin https://secki-2024.az/ saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.


Oxunub: 44





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.